Xəzər Xəbər

Neft Fondu mayda valyuta satışını azaldıb

İqtisadiyyat | 14:52 • 3 İyun 2019
Neft Fondu mayda valyuta satışını azaldıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) valyuta satışı ilə bağlı açıqlama yayıb.


ARDNF-dən xezerxeber.az-a verilən məlumata görə, Fond tərəfindən 2019-cu ilin may ayı ərzində 352,4 mln. ABŞ dolları məbləğində vəsait satılıb. Cari ilin aprel ayı ilə müqayisədə Fond tərəfindən mayda satılan dolların həcmi 20,2% azalıb.


Ötən ilin may ayı ilə müqayisədə isə bu göstərici 20%-ə yaxın azalıb.

Xəbər lenti