Xəzər Xəbər

“Azərkosmos” 18 ölkəyə 13,7 milyon dollarlıq xidmət ixrac edib

İqtisadiyyat | 17:51 • 31 May 2019
“Azərkosmos” 18 ölkəyə 13,7 milyon dollarlıq xidmət ixrac edib

Yanvar-aprel aylarında "Azərkosmos" ASC 18 ölkəyə 13,7 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.


Xezerxeber.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın may sayına istinadla xəbər verir ki, "Azərkosmos" ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib. Apreldə "Azərkosmos" ASC tərəfindən 17 ölkəyə 6 milyon dollarlıq xidmət ixrac olunub.


"Azərkosmos" ASC-nin bu ilin yanvar-aprel aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Malayziya, Fransa, Birləşmiş Krallıq, Birləşmiş Ərəb Əmirlikləri olub.

Xəbər lenti