Xəzər Xəbər

İyulda Bakıdan Şarm əl-Şeyxə birbaşa aviareys açılacaq

İqtisadiyyat | 16:34 • 31 May 2019
İyulda Bakıdan Şarm əl-Şeyxə birbaşa aviareys açılacaq

İyulun 18-də Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa aviareys həyata keçiriləcək.


Misir Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, aviareys "Sunday Airlines" brendi adı ilə "Scat" aviaşirkətinin rahat və komfortlu "Boeing 757–200” avialayneri ilə yerinə yetiriləcək. Uçuşlar həftənin cümə axşamları həyata keçriiləcək. Turların müddəti 7 gecədən 14 gecəyədək davam edir. Üç saatlıq uçuş zamanı sərnişinlərə soyuq qəlyanaltı və alkoqolsuz içkilər təklif edir.


Şarm əl-Şeyx turlarını Bakıda istənilən turizm agentliklərindən sifariş etmək olar.

Xəbər lenti

Çox oxunanlar