Xəzər Xəbər

"Ümid" yatağında tikiləcək ikinci platformada ilk qaz 2022-ci ildə hasil olunacaq

İqtisadiyyat | 14:54 • 31 May 2019
"Ümid" yatağında tikiləcək ikinci platformada

Xəzərin Azərbaycan sektorunda yerləşən "Ümid" yatağında tikiləcək ikinci platformada ilk qaz hasilatı 2022-ci ilə planlaşdırılır.

XəzərXəbər-in ona.az-a istinadən verdiyi məlumata görə, bunu Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransında çıxış edən "Umid Babek Operating Company"nin baş direktoru Əli Qurbanov deyib.

Onun sözlərinə görə, yeni platformada hasilatın başlanılması 2022-ci ilin dördüncü rübündə nəzərdə tutulub. Yeni platformadan 4 quyunun qazılması planlaşdırılır. Bu platforma "Ümid" və "Babək" yataqları üçün hab kimi istifadə ediləcək.


Xəbər lenti