Xəzər Xəbər

Subsidiyalar yalnız sertifikatlı toxum əkən fermerlərə veriləcək

İqtisadiyyat | 17:08 • 27 May 2019
Subsidiyalar yalnız sertifikatlı toxum əkən fermerlərə veriləcək

Bu ildən etibarən Azərbaycanda yalnız sertifikatlı toxum əkən fermerlərə subsidiyalar veriləcək. ONA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov deyib.


Onun sözlərinə görə, yəni hektardan asılı olaraq subsidiyalar verilməsi artıq aradan qalxacaq: "Subsidiyalar yalnız sertifikatlı toxum əkənlərə veriləcək və bununla bağlı artıq maarifləndirmə işləri aparılır".

Xəbər lenti