Xəzər Xəbər

Hesablama Palatası bu il dövlət büdcəsində 6 mln. manatdan çox vəsaitin bərpasını təmin edib

İqtisadiyyat | 11:14 • 23 May 2019
Hesablama Palatası bu il dövlət büdcəsində 6 mln. manatdan çox vəsaitin bərpasını təmin edib

"Keçən il 9 nəzarət tədbirinin nəticələrini hüquq mühafizə orqanlarına göndərmişik. Onun içərisində həm inzibati, həm də cinayət məsuliyyət yaradan hallarla bağlı audit tədbirlərin nəticələri var".


Bunu jurnalistlərə açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.


O bildirib ki, cari il ərzində isə yol verilən pozuntularla əlaqədar iki audit tədbir hüquq mühafizə orqanlarına göndərilib: "Onların təqdim etdikləri hesabatlara əsasən, hər bir nəzarət tədbiri ilə bağlı cinayət işi başlanılıb".


V. Gülməmmədov bildirib ki, pozuntular nəticəsində keçən il yalnız dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və müəssisələrin hesabına 23 mln. manat vəsait bərpa olunub: "Büdcə vəsaitinin bərpası ilə yanaşı, natural ifadədə bərpa var ki, bu, 5,5 mln. manat ətrafındadır. Bu il isə 5 ay ərzində dövlət büdcəsinə 6 mln. manatdan yuxarı vəsaitin bərpasını təmin etmişik". 

Xəbər lenti