Xəzər Xəbər

Bakı-Qəbələ qatarı gələn il istifadəyə veriləcək

İqtisadiyyat | 11:41 • 22 May 2019
Bakı-Qəbələ qatarı gələn il istifadəyə veriləcək

Gələn ilin ikinci yarısından sərnişinlər Bakı-Qəbələ sürət qatarından istifadə edə biləcəklər.


Xezerxeber.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.


QSC sədri qeyd edib ki, Ləki stansiyasından başlayaraq 45 kilometrlik yolun yarısı artıq çəkilib: "Hesab edirəm ki, ilin sonuna torpaq yatağı işləri də tam başa çatdırılacaq. Sərnişinlər Qəbələyə 2,5-3 saata rahat və hər bir şəraiti olan vaqonlarla gedə biləcəklər”.

Xəbər lenti