Xəzər Xəbər

Samir Şərifov: "Dövlət borcu azalıb"

İqtisadiyyat | 10:57 • 21 May 2019
Samir Şərifov: "Dövlət borcu azalıb"

"Dövlət borcu ilə bağlı görülən tədbirlər öz nəticələrini verməkdədir".


Bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.


S. Şərifovun sözlərinə görə, Prezident tərəfindən dövlət borcunun ÜDM-ə nisbətinin azaldılması tapşırığı qoyulub: "Bu tapşırıq mərhələlərlə icra olunmaqdadır. Artıq 1 il ərzində həmin nisbəti 17% azaltmağa nail olmuşuq. Bu gün xarici valyuta ifadə olunan dövlət borcu əvvəlki 24%-dən 19%-dək endirilib. Yəni 5 faiz bəndinədək azalma baş verib".

Xəbər lenti