Xəzər Xəbər

Ötən ilin dövlət büdcəsinin gəlir və xərcləri məlum olub

İqtisadiyyat | 10:59 • 20 May 2019
Ötən ilin dövlət büdcəsinin gəlir və xərcləri məlum olub

2018-ci il dövlət büdcəsinin gəlir və xərclərinin cəmi açıqlanıb.


Bu, "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası barədə" qanun layihəsində əksini tapıb.


2017-ci il dövlət büdcəsinin gəlirlərinin cəmi 16 516 684 min manat, 2018-ci ildə bu rəqəm 5 992 185,7 min manat çox, yəni 22 508 869,7 min manat olub.


Həmçinin 2017-ci il dövlət büdcəsinin xərclərinin cəmi 17 594 748 min manat, 2018-ci ildə bu rəqəm 5 137 166,5 min manat çox, yəni 22 731 644,5 min manat olub.


Qeyd edək ki, "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası barədə" qanun layihəsi Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirə ediləcək. (ONA)

Xəbər lenti