Xəzər Xəbər

Azərbaycanda 100 mindən çox “Kalaşnikov” avtomatı istehsal edilib

İqtisadiyyat | 14:04 • 15 May 2019
Azərbaycanda 100 mindən çox “Kalaşnikov” avtomatı istehsal edilib

Azərbaycanda Rusiya lisenziyası ilə 100 mindən çox "AK-74M Kalaşnikov” avtomatı istehsal edilib.

Bunu Azərbaycanın müdafiə-sənaye kompleksinin nümayəndəsi Minskdə keçirilən "MILEX 2019” beynəlxalq silah sərgisində deyib.

Onun sözlərinə görə, ölkədə Kalaşnikov avtomatlarının istehsalı 2021-ci ilədək davam edəcək: "Ümumilikdə 120 minədək "AK-74M” avtomatının istehsalı nəzərdə tutulur”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi 2011-ci ildən AK-74M avtomatlarını istehsal edir. Bu avtomatlara "Xəzri” adlı verilib.

Xatırladaq ki, Minskdə "MILEX 2019” beynəlxalq silah sərgisi mayın 15-dən 18-dək davam edəcək. (Trend)

Xəbər lenti