Xəzər Xəbər

Rəşid Behbudov küçəsində sıxlıq yaranıb - Səbəb su borusunun partlamasıdır - FOTO

İqtisadiyyat | 16:16 • 14 May 2019
Rəşid Behbudov küçəsində sıxlıq yaranıb -

Rəşid Behbudov küçəsindən keçən su-kanalizasiya sistemində baş verən nasazlıqla əlaqədar olaraq yolun hərəkət hissəsində çətinliklər yaranıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu səbəbdən də hazırda Rəşid Behbudov küçəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Hərəkətin intensivliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Svetoforlarda yaşıl dalğa tətbiq edilib.

Xəbər lenti