Xəzər Xəbər

“Təzə Bazar” yenidən qurulacaq

İqtisadiyyat | 17:08 • 10 May 2019
“Təzə Bazar” yenidən qurulacaq

Bakının Səməd Vurğun küçəsində yerləşən "Təzə Bazar” adlanan iaşə obyektində əsaslı yenidənqurma işləri aparılacaq.

Bu barədə "SkyscraperCity Azerbaijan” səhifəsində məlumat verilib.

Məlumatda yeni dizayn təkliflərinin azərbaycanlı memar Nəriman İmamalıyev tərəfindən verildiyibildirilir. Təklif verilməsinə baxmayaraq, hələ yekun dizaynla bağlı qərar verilməyib.

Qeyd edək ki, 2017-ci ildə"Vergilər” qəzetində"Təzə bazar” Ticarət Mərkəzinin bağlandığına dair məlumat yayılmışdı. Bildirilirdi ki,"Təzə Bazar” MMC ləğv olunduğunu elan edib. Daha sonra bazarın bir hissəsinin fəaliyyətini davam etdirdiyi məlum olmuşdu.


Xəbər lenti