Xəzər Xəbər

Gömrük Komitəsi büdcəyə ödənişlərini artırıb

İqtisadiyyat | 13:49 • 8 May 2019
Gömrük Komitəsi büdcəyə ödənişlərini artırıb

Bu ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsi (DGK) ilə dövlət büdcəsinə 1 391 858,9 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 35,4% çoxdur.


Xezerxeber.az-ın DGK-yə istinadən verdiyi məlumata görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 19,2% artaraq 314 800,4 min manat olub.


Həmçinin, ƏDV üzrə daxilolmalar 36,3% artaraq 967 778 min manat, aksizlər 2,3 dəfə artaraq 960 063,7 min manat, yol vergisi üzrə daxilolmalar isə 18,6% artaraq 96 063,7 min manat təşkil edib.

Xəbər lenti