Metrostansiyalarda quraşdırılacaq 7 ventilyator Bakıya gətirilib.
Bu sözləri "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda "Qara Qarayev” metrostansiyasında ventilyatorun quraşdırılmasına başlanılıb: "Digər ventilyatorlar isə plan üzrə quraşdırılacaq. Yaxın günlərdə "Memar Əcəmi" stansiyasında da yeni ventilyatorun quraşdırılmasına başlanacaq. Digərləri isə "Nizami" metrostansiyasında və stansiyaya yaxın tuneldə quraşdırılacaq”.