Xəzər Xəbər

"Xətai" metro stansiyası planlaşdırılmış vaxtdan tez açıla bilər

İqtisadiyyat | 12:05 • 7 May 2019
"Xətai" metro stansiyası planlaşdırılmış vaxtdan tez açıla bilər

Ötən ilin sentyabrın 27-də təmirə bağlanmış "Bakı Metropoliteni”nin "Xətai" stansiyasının açılışı planlaşdırılmış vaxtından tez baş tuta bilər.


Bunu "Bakı Metropiliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun deyib.


Onun sözlərinə görə, tədbirlər planına əsasən, stansiyanın açılışı avqustun 10-da nəzərdə tutulub. Buna baxmayaraq, təmir işlərinin planlaşdırıldığından daha sürətlə aparılması ilə bağlı stansiyanın istifadəyə verilməsi nəzərdə tutulan vaxtdan bir qədər tez həyata keçirilə bilər: "Hazırda stansiyada təmir-bərpa işləri sürətlə davam edir, həmçinin ekskalatorların sazlanması prosesi də aparılır”. (ONA)

Xəbər lenti