Xəzər Xəbər

Azərbaycanda problemli kreditlərin həcmi 9% azalıb

İqtisadiyyat | 17:13 • 3 May 2019
Azərbaycanda problemli kreditlərin həcmi 9% azalıb

Bu ilin aprelin əvvəlinə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 1,558 mlrd. manat təşkil edib.


Xezerxeber.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, problemli kreditlərin həcmi cari ilin fevralın əvvəli ilə müqayisədə 1,1%, ilin əvvəli ilə müqayisədə 1,7%, ötən il analoji dövrü ilə müqayisədə isə 8,9% azalıb.


Qeyd edək ki martın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 11,9% təşkil edib.

Xəbər lenti