Xəzər Xəbər

Natiq Əmirov: Bu il strateji valyuta ehtiyatları 46,7 milyard dollara yüksəlib

İqtisadiyyat | 16:29 • 1 May 2019
Natiq Əmirov: Bu il strateji valyuta ehtiyatları 46,7 milyard dollara yüksəlib

İllik inflyasiya göstəricisi 2016-cı ildəki 12,4 faizdən 2018-ci ildə 2,3 faizə qədər enib, strateji valyuta ehtiyatları 2016-cı ildəki 37,9 milyard dollardan 2019-cu ildə 46,7 milyard dollara qalxıb.


Xezerxeber.az xəbər verir ki, bu fikirləri Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirib.


N.Əmirov bildirib ki, büdcə xərcləri 2016-cı ildəki 17 milyard 800 milyon manatdan 2019-cu ildə 25 milyard 200 milyon manata qədər artıb. İlk dəfə olaraq qeyri-neft sektoru üzrə mal və xidmətlərin ixracında əhəmiyyətli irəliləyişlərə nail olunub.


İqtisadi canlanmanın təkcə qeyri-neft məhsullarının ixracında bir milyard dollarlıq artımla nəticələndiyini deyən N.Əmirov qeyd edib ki, nominal ümumi daxili məhsulun göstəricisi isə 2015-ci ildəki 54 milyard manatdan 2018-ci ildə demək olar ki, 80 milyard manatadək artıb.

Xəbər lenti