Xəzər Xəbər

Azərbaycanla Belarus arasında elektron imzaların qarşılıqlı tanınması təmin olunacaq

İqtisadiyyat | 09:39 • 24 Aprel 2019
Azərbaycanla Belarus arasında elektron imzaların qarşılıqlı tanınması təmin olunacaq

Azərbaycan ilə Belarus arasında qarşılıqlı elektron imzaların tanınması üçün Etibarlı Üçüncü Tərəf sisteminin yaradılması və elektron sənədlərin mübadiləsi üzrə müzakirələr aparılıb. Bu barədə xezerxeber.az-a Azərbaycan Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) bildirilib.


Qeyd olunan məsələ üzrə müzakirələr bu yaxında Belarusda keçirilən TİBO sərgisi zamanı baş tutub. Görüş Azərbaycan tərəfdən MHM, digər tərəfdən isə Belarusun Milli Elektron Xidmətləri Mərkəzi, Milli Sertifikatlaşdırma Mərkəzi, "Avesta” şirkəti, Notarial Palata və Operativ-Analitik Mərkəzi olmaqla baş tutub.


"Düşünürük ki, ölkələr arasında elektron imzaların qarşılıqlı tanınması ilə bağlı həm texniki, həm də hüquqi məsələlər cari il ərzində öz həllini tapacaq. Eyni qaydada Türkiyə ilə də elektron imzanın qarşılıqlı tanınması ilə bağlı aparılan müvafiq işlərin bu il bitəcəyi gözlənilir”, - deyə MHM-dən bildirilib.

Xəbər lenti