Xəzər Xəbər

Azərbaycan indiyədək AÇG-dən 279 milyon ton mənfəət nefti əldə edib

İqtisadiyyat | 12:15 • 22 Aprel 2019
Azərbaycan indiyədək AÇG-dən 279 milyon ton mənfəət nefti əldə edib

Azərbaycan bu vaxtadək "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 279 milyon ton mənfəət nefti əldə edib.


Xezerxeber.az xəbər verir ki, bu barədə aprelin 22-də Bakıda işə başlayan SOCAR-ın IV beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” Forumunda şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.


"İndiyədək "Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər. İşlənmənin əvvəlindən bu vaxtadək dünya bazarında Azərbaycanın payına düşən 279 milyon ton mənfəət nefti satılıb”, - deyə SOCAR-ın rəsmisi bildirib.

Xəbər lenti