Xəzər Xəbər

Muzdla çalışanların orta aylıq əməkhaqqı 555 manat olub

İqtisadiyyat | 14:28 • 16 Aprel 2019
Muzdla çalışanların orta aylıq əməkhaqqı 555 manat olub

Yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,6 faiz artaraq 554,9 manat təşkil edib.


Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Xəbər lenti