Xəzər Xəbər

Azərbaycanda mobil telefonların idxalı artıb

İqtisadiyyat | 16:11 • 15 Aprel 2019
Azərbaycanda mobil telefonların idxalı artıb

Bu ilin fevral ayında Azərbaycana 79 121 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları idxal olunub. Bu barədə xezerxeber.az-a Dövlət Statistika Komitəsindən bildirilib.


Komitədən verilən məlumata görə, yanvar ayı ilə müqayisədə idxalın artımı fevralda 11,8% təşkil edib. İdxal olunan məhsulların dəyəri 9 984,4 min ABŞ dolları təşkil edib ki, bu da yanvar ayının göstəricisi ilə müqayisədə 23% çoxdur.


Bu ilin yanvar-fevral aylarında isə ölkəyə 149 875 ədəd mobil qurğu idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə idxalın artımı 44% təşkil edib. İdxal olunan məhsulların dəyəri 18 100,9 min dollar təşkil edib ki, bu da ötən ilin yanvar-fevral aylarının göstəricisini 86,6% üstələyir.

Xəbər lenti