Xəzər Xəbər

Sığortaçılar üçün attestasiya keçiriləcək

İqtisadiyyat | 11:40 • 13 Aprel 2019
Sığortaçılar üçün attestasiya keçiriləcək

Müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün aprelin 16-da attestasiya keçiriləcək.


Maliyyə Bazarlarına Nəzarət Palatasından xezerxeber.az-a bildirilib ki, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 83.4-cü maddəsinə və "Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi" Qaydalarının 4.1-ci bəndinə əsasən, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər attestasiyaya dəvət olunurlar.


Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

Xəbər lenti