Xəzər Xəbər

“Moody's” Azərbaycanın reytinqini təsdiqlədi

İqtisadiyyat | 16:51 • 12 Aprel 2019
“Moody's” Azərbaycanın reytinqini təsdiqlədi

"Moody's Investors Service” beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli emitent reytinqi və təminatsız prioritet öhdəlikləri reytinqini Ba2 stabil proqnoz səviyyəsində saxlayıb.

Trend bu barədə agentliyin hesabatına istinadən məlumat verir.

"Moody's” reytinqin eyni səviyyədə qalmasını davam edən fiskal islahatlar fonunda hökumətin kredit mövqeyinin möhkəmlənməsi və bank sektorunda risklərin azalması ilə izah edir.

"Moody's” həmçinin "Cənub Qaz Dəhlizi” QSC-nin təminatsız prioritet bondlarının reytinqini "stabil” səviyyədə təsdiqləyib.

Agentliyin analitikləri proqnozlaşdırır ki, yeni fiskal qaydaların reallaşdırılması və dövlət borclarının idarə olunması üzrə hökumət strategiyası ölkənin təmiz kredit mövqeyini gücləndirəcək.

Rubrikanın digər xəbərləri

Xəbər lenti