Xəzər Xəbər

Ötən il audit tədbirləri ilə 9,2 milyard manat vəsait əhatə edilib

İqtisadiyyat | 10:53 • 10 Aprel 2019
Ötən il audit tədbirləri ilə 9,2 milyard manat vəsait əhatə edilib

Keçən il audit tədbirləri ilə ümumilikdə 9,2 milyard manat vəsait əhatə olunub.


Hesablama Palatasının mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, bu məbləğin 66,5 faizini dövlət büdcəsinin xərcləri təşkil edib. Ümumilikdə, hesabat ilində dövlət büdcəsinin auditlə əhatə olunmuş məbləği 2017-ci illə müqayisədə artsa da, əhatə edilmiş cəmi məbləği əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 6,8 faiz az olub. Dövlət büdcəsinin nəzarətlə əhatə olunmuş 6,2 milyard manat məbləğinin təqribən yarısı 2017-ci, 21,1 faizi isə 2018-ci il üzrə xərclər, qalan 28,2 faizi isə 2016-cı ilədək icra olunmuş vəsaitlər təşkil edib.

Xəbər lenti