Xəzər Xəbər

Sumqayıt-Bakı arasında yeni marşrut xətti açılıb

İqtisadiyyat | 11:00 • 8 Aprel 2019
Sumqayıt-Bakı arasında yeni marşrut xətti açılıb

Sumqayıt-Bakı Beynəlxalq Avtovağzal Kompleksi arasında yeni marşrut xətti açılıb.


Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) xezerxeber.az-a bildirilib ki, qaçqın və və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair ölkə başçısının tapşırığına əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin Xırdalan şəhəri və Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə nəqliyyat kommunikasiyasının təmin edilməsi məqsədilə "Stansiya Sumqayıt-Bakı Beynəlxalq Avtovağzal Kompleksi" marşrutu üzrə 533 saylı yeni xəttin açılmasına dair göstəriş verib. Həmin marşrut xətti üzrə aprelin 8-dən 6 avtobus sərnişinlərin xidmətindədir. Qeyd olunan ərazidə müvəqqəti olaraq 5 minədək məcburi köçkün məskunlaşıb.

Xəbər lenti