Xəzər Xəbər

Yasamalda 5 küçənin təmiri yekunlaşıb

İqtisadiyyat | 10:51 • 8 Aprel 2019
Yasamalda 5 küçənin təmiri yekunlaşıb

Yasamal rayonu ərazisində 5,3 kilometr uzunluğa malik 5 küçənin 85 min kvadratmetrdən çox sahəsində təmir-tikinti işləri yekunlaşdırılıb.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu, hər birinin uzunluğu 1,6 kilometr olan Məhəmməd Xiyabani və Əsəd Əhmədov küçələri, həmin küçələri birləşdirən 0,4 kilometr uzunluğa malik "A Keçidi” küçəsi, bir kilometrlik "7-ci Alatava” küçəsi və 0,7 kilometr uzunluğunda Şəfayət Mehdiyev küçəsidir. Sözügedən küçə və yollarda asfaltlanma işləri aparılıb.


Rayonun digər küçə və yollarında da işlərin davam etdirilməsi nəzərdə tutulur. Belə ki, yaxın müddət ərzində təqribən 12 kilometr uzunluğa malik 5 küçənin 80 min kvadratmetr sahəsində təmir-tikinti işlərinə başlanılacaq. Belə ki, 1,6 kilometr uzunluğa malik Şamil Əzizbəyov, 1,4 kilometrlik "1-ci Alatava”, 7 kilometrlik "2-ci Alatava”, 1,6 kilometrlik uzunluğunda olan Ümid Əkbərov küçələri, həmçinin Şəfayət Mehdiyev küçəsinin Landau və Ə.Haqverdiyev küçələri arasında yeləşən 0,8 kilometrlik hissəsində yaxın müddətdə təmir-tikinti işləri davam etdiriləcək.

Xəbər lenti