Xəzər Xəbər

Bakı-Şamaxı-Yevlax avtomobil yolu genişləndirilir

İqtisadiyyat | 10:23 • 8 Aprel 2019
Bakı-Şamaxı-Yevlax avtomobil yolu genişləndirilir

Hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsində yolun I texniki dərəcəyə uyğun genişləndirilməsi işləri həyata keçirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bununla əlaqədar olaraq magistralın Sabir qəsəbəsindən keçən hissəsində vətəndaşların istər Şamaxı, istərsə də Bakı şəhəri istiqamətində rahat gediş-gəlişini təmin etmək məqsədilə Pirsaatçay körpüsünün qarşısında 45 metr uzunluğunda yeni yeraltı keçid inşa edilir. Buna görə də sözügedən körpü ilə hərəkət müvəqqəti olaraq dayandırılıb və yaxınlıqda inşa edilmiş yeni körpüyə yönəldilib. Son günlər ərzində sözügedən ərazidə heç bir hadisə baş verməyib və avtomobil körpüsündə dağıntı qeydə alınmayıb.

Xəbər lenti