Xəzər Xəbər

Neftin qiymətində son 18 ayın ən böyük həftəlik artımı qeydə alınır

İqtisadiyyat | 16:14 • 5 Aprel 2019
Neftin qiymətində son 18 ayın ən böyük həftəlik artımı qeydə alınır

Neftin qiymətində son 18 ayın ən böyük həftəlik artımı qeydə alınır.


Venesuelada neft istehsalının azalması və ABŞ-da ehtiyatların artması fonunda "qara qızıl”ın qiymətində 2017-ci ilin noyabrından indiyədək ən böyük həftəlik artım qeydə alınır. ABŞ ilə Çin arasındakı ticari danışıqlardakı irəliləmə də neftin qiymətinə öz təsirini göstərir.


Bu həftə ərzində "Brent” markalı xam neftin qiyməti ötən ilin noyabrından bəri ilk dəfə 70 dollar/barreli ötüb. Ümumilikdə cari ildə "qara qızıl”ın qiyməti təxminən 30 faiz bahalaşıb.


Qeyd edək ki, hazırda "Brent” neftinin bir barreli Londonun ICE birjasında 69,10 dollara, "Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 61,98 dollara satılır. (AZƏRTAC)

Xəbər lenti