Xəzər Xəbər

TANAP daha bir beynəlxalq mükafata layiq görülüb

İqtisadiyyat | 20:53 • 4 Aprel 2019
TANAP daha bir beynəlxalq mükafata layiq görülüb

TANAP boru kəməri layihəsi beynəlxalq mükafata layiq görülüb.


AZƏRTAC xəbər verir ki, sosial dəstək və sosial məsuliyyət sahəsində dünyadakı ən nüfuzlu təşkilatlardan biri olan "Communitas” TANAP-ı marşrut üzrə sosial və ətraf mühit investisiya proqramlarına görə "Sosial xidmətlər və korporativ sosial məsuliyyət üzrə liderlik” mükafatına layiq görüb. TANAP seçilmiş, 11-i ABŞ-dan olmaqla, ümumilikdə 15 şirkətdən biridir.


Xatırladaq ki, keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. Bu vaxtadək TANAP-a təqribən 6 milyard dollar xərclənib.


Ötən il iyunun 30-dan bu il fevralın 28-dək TANAP-la ümumilikdə 1 milyard 250 milyon kubmetr təbii qaz Türkiyəyə çatdırılıb. İyunun sonunadək bu həcm 2 milyard kubmetr, 2019-cu ilin axırına kimi isə 4 milyard kubmetrə çatacaq. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.


TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası (Faza-1) üzrə tikinti işlərinin 99,5 faizi başa çatıb. Aprelin 15-dən etibarən TANAP kəmərinin Əskişəhərdən Yunanıstan sərhədinə qədər olan hissəsinin qazla doldurulmasına başlanılması nəzərdə tutulur. Boru kəməri bu il "Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşmək üçün hazır olacaq.


Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir.


TANAP-ın səhmlərinin 51 faizi "Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi "SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi "Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.

Rubrikanın digər xəbərləri

Neft ucuzlaşıb
Neft ucuzlaşıb
10:16 • 15 Aprel 2024
Azərbaycan neftinin qiyməti 93 dollara
Azərbaycan neftinin qiyməti 93 dollara ÇATDI
10:47 • 12 Aprel 2024
Neft ucuzlaşıb
Neft ucuzlaşıb
11:30 • 11 Aprel 2024
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
10:35 • 11 Aprel 2024
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
11:00 • 10 Aprel 2024

Xəbər lenti