Xəzər Xəbər

Avtomobil yollarında təmir işləri nə zaman aparılmalıdır?

İqtisadiyyat | 17:14 • 4 Aprel 2019
Avtomobil yollarında təmir işləri nə zaman aparılmalıdır?

Tədqiqatlar göstərir ki, 4-5 il ərzində asfalt-beton örtüyünün üst layında əhəmiyyətli dərəcədə aşınma baş verdiyinə görə, onun yenilənməsinə zərurət yaranır. Bu baxımdan avtomobillərin hərəkət şiddətindən asılı olaraq, yol geyimi müxtəlif üsullarla gücləndirilir.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yeni layihələndirilən və tikilən avtomobil yollarının normativ xidmət müddətində istismar etmək üçün asfalt-beton örtüklü avtomobil yollarının təmirlərarası müddəti aşağıdakı kimi müəyyən edilib:


- hərəkət şiddəti 7000-dən çox olan I dərəcəli yol üçün əsaslı təmir müddəti 14-16 il, orta təmir müddəti 6 il;


-hərəkət şiddəti 3000-dən çox olan II dərəcəli yol üçün əsaslı təmir müddəti 11-13 il, orta təmir müddəti 5 il;


-hərəkət şiddəti 1000-dən çox olan III dərəcəli yol üçün əsaslı təmir müddəti 11-13 il, orta təmir müddəti 4 il.


Cari təmir planlı və xəbərdaredici təmir kimi fərqlənir. Cari təmir yazda və payızda keçirilir ki, yazda bütün yol boyunca qış dövründə əmələ gəlmiş dağılmalar və digər qüsurlar ləğv edilir, payızda isə yolu qışa hazırlamaq üçün təmir işləri icra olunur. Xəbərdaredici (profilaktik) təmir ilin bütün fəsillərində yaranmış zədələnmələri ləğv etmək üçün keçirilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti