Xəzər Xəbər

Bu günə olan Tehran-Bakı-Tehran aviareysi ləğv edilib

İqtisadiyyat | 14:51 • 4 Aprel 2019
Bu günə olan Tehran-Bakı-Tehran aviareysi ləğv edilib

Aprelin 4-də həyata keçirilməli olan Tehran-Bakı-Tehran aviareysi ləğv edilib.


Xezerxeber.az Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, "Iran Air” aviaşirkətinin yerli vaxtla saat 17:20-də "IR 748” saylı Tehrandan Bakıya olan uçuşu ləğv olunub. Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən aviaşirkətin yerli vaxtla saat 18:20-da Bakıdan Tehrana "IR 749” saylı uçuşu da ləğv edilib. Aviareyslər "Airbus A321-200” təyyarəsi ilə həyata keçirilməli idi.


Tehran-Bakı-Tehran aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

Xəbər lenti