Xəzər Xəbər

Azərbaycanda kreditlərin faiz dərəcəsini azaltmaq təklif olunur

İqtisadiyyat | 14:03 • 4 Aprel 2019
Azərbaycanda kreditlərin faiz dərəcəsini azaltmaq təklif olunur

Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsini azaltmağı təklif edir.

Bunu Palatanın nümayəndəsi Aytən Məmmədova Bakıda "Fitch Ratings” agentliyinin illik konfransında deyib.

Onun sözlərinə görə, təklif hələ ki müzakirə mərhələsindədir.

A.Məmmədova həmçinin qeyd edib ki, Azərbaycanda keçirilən islahatlar iqtisadiyyatın bütün sahələrinə müsbət təsir göstərib.

O əlavə edib ki, ölkədə sabit makroiqtisadi mühit, balanslaşdırılmış bank sektoru mövcuddur. Bununla yanaşı, ölkədə milli valyutada əmanətlər ildən-ilə artır. (Trend)

Xəbər lenti