Xəzər Xəbər

Bakıda təbii qaz hasilatı 34,6 faiz artıb

İqtisadiyyat | 18:16 • 3 Aprel 2019
Bakıda təbii qaz hasilatı 34,6 faiz artıb

Yanvar-fevral aylarında paytaxtda neft istehsalı əvvəlki ilin müvafiq dövrünün səviyyəsində qalıb, təbii qaz hasilatı isə 34,6 faiz artıb.


Xezerxeber.az Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, 2 ayda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz artaraq 6,4 milyard manat təşkil edib.


Sənaye məhsulunun 82,6 faizi mədənçıxarma, 15,1 faizi emal, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Xəbər lenti