Xəzər Xəbər

Bakıya gələn turistlər üçün xüsusi kartlar hazırlanıb - FOTO

İqtisadiyyat | 16:49 • 3 Aprel 2019
Bakıya gələn turistlər üçün xüsusi kartlar hazırlanıb -

Bakıya səyahət edənlər üçün rəsmi şəhər kartı olan "Bakı Kart” ("BakuCard”) hazırlanıb.

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, aprelin 5-də kartın təqdimatı keçiriləcək.

"BakuCard” yeni və innovativ məhsul olaraq kart sahiblərinə Bakı şəhərində ictimai nəqliyyatdan və hava limanından şəhərə və əksinə transfer xidmətini həyata keçirən "Baku City Aero Express” avtobuslarından ödənişsiz istifadə imkanı verir.

Turistlər kartı əldə etməklə Bakı şəhəri üzrə turistik yerlərə gəzintilər həyata keçirən "Baku City Tour” avtobuslarına biletləri 50% endirimlə əldə edə biləcəklər.

Kart vasitəsilə 20-dən çox muzey və istirahət mərkəzlərinə pulsuz və ya endirimli giriş, 200-dən çox pərakəndə satış mağazasında və ticarət mərkəzində, müxtəlif restoran və kafelərdə endirimlər və ödənişsiz məhsullardan faydalanmaq mümkündür.

Etibarlılıq müddətinə görə 24 saatlıq, 72 saatlıq və 1 həftəlik olmaqla 3 növü olan kartların qiymətləri müvafiq olaraq 24, 45 və 70 manat təşkil edir.

Kartların satışı Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, turizm informasiya mərkəzləri, müxtəlif hotellər, turizm agentlikləri və köşklərlə yanaşı, onlayn olaraq www.bakucard.az saytı vasitəsilə həyata keçirilir.

Turistlərin qənaət edərək vaxtlarını daha səmərəli keçirmələrinə şərait yaradan "BakuCard” kartları geniş funksional imkanlar yaradaraq və Bakı şəhərinin beynəlxalq turizm məkanı kimi cazibəsini daha da artıraraq inkişaf edən turizm şəhəri olmasına töhfə verəcək.

Xəbər lenti