Xəzər Xəbər

Şüvəlan və Buzovnada 5 küçə təmir edilib

İqtisadiyyat | 16:32 • 3 Aprel 2019
Şüvəlan və Buzovnada 5 küçə təmir edilib

Xəzər rayonunun Şüvəlan və Buzovna qəsəbələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 5 küçə təmir edilib.


Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, rayonun Şüvəlan qəsəbəsində təmir işləri aparılan 1540 metr uzunluğu və 9,5 metr eni olan Almas İldırım küçəsi, həmçinin uzunluğu 700 metr, eni isə 5,5 metr təşkil edən Bağ küçəsidir. A.İldırım küçəsində 14600 kvadratmetr, Bağ küçəsində isə 4400 kvadratmetr sahədə yol yatağı profilə salınıb, yol əsası tikilib və yeni asfalt-beton örtüyü döşənib.


Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində rayonun Buzovna qəsəbəsində isə 3 küçədə - uzunluqları 1,6 kilometr olan Natavan, 1 kilometr olan Allahverdi Əfəndiyev və 1,6 kilometr olan Ayna Sultanova küçələrində təmir-tikinti işləri yekunlaşıb.


Natavan küçəsinin 8 min kvadratmetr, Allahverdi Əfəndiyev küçəsinin 6 min kvadratmetr, A.Sultanova küçəsinin isə 9600 kvadratmetr sahəsində yol əsası tikilib, yolun hərəkət hissəsi profilə salınıb və asfaltlanma işləri görülüb.

Xəbər lenti