Xəzər Xəbər

Bakıda 59,5 milyon manatlıq hazır metal məmulatları istehsal olunub

İqtisadiyyat | 16:27 • 3 Aprel 2019
Bakıda 59,5 milyon manatlıq hazır metal məmulatları istehsal olunub

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində bu ilin yanvar-fevral aylarında paytaxtda 59,5 milyon manatlıq məhsul istehsal olunub.

Xezerxeber.az Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadən xəbər verir ki, əvvəlki ilin eyni ayları ilə müqayisədə metallurgiya sənayesində 22,1 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 55,7 faiz azalma müşahidə edilib.

Ötən ilin yanvar-fevral aylarına nisbətən sahə üzrə alüminium çubuqlar, millər və profillər 33,3 faiz, qara metallardan digər konstruksiyaların istehsalı isə 3,8 faiz, armaturun istehsalı 1,9 faiz artıb, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellərin istehsalı 76 faiz azalıb.

Xəbər lenti