Xəzər Xəbər

Azərbaycanda bankların xalis mənfəəti 3 dəfəyə yaxın azalıb

İqtisadiyyat | 16:05 • 2 Aprel 2019
Azərbaycanda bankların xalis mənfəəti 3 dəfəyə yaxın azalıb

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycanın bank sektoru üzrə hesabatını açıqlayıb.


Xezerxeber.az-ın sözügedən hesabata istinadən verdiyi məlumata görə, cari ilin yanvar-fevral aylarında bankların faiz və bu qəbildən olan gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 28% artaraq 319,3 mln. manat, kreditlər üzrə faizlər 16,61% artaraq 226,9 mln. manat, faiz və onlara bağlı xərclər 4,98% azalaraq 96,3 mln. manat, depozitlər üzrə faizlər 2,6% azalaraq 61,4 mln. manat, xalis faiz gəliri 4% azalaraq 178,7 mln. manat, qeyri-faiz gəlirləri isə 28% artaraq 99,2 mln. manat təşkil edib.


Hesabat dövründə bankların cəmi gəlirləri 418,5 mln. manat, cəmi xərcləri isə 304,8 mln. manat təşkil edib ki, bu da ötən ilin yanvar-fevral ayları ilə müqayisədə müvafiq olaraq 14,52% və 19,94% çoxdur.


Bu ilin ilk iki ayı ərzində bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə azalaraq 49,2 mln. manat təşkil edib.

Xəbər lenti