Xəzər Xəbər

Ölkədə güzəştli şərtlərlə gübrə satışına başlanılıb

İqtisadiyyat | 15:23 • 1 Aprel 2019
Ölkədə güzəştli şərtlərlə gübrə satışına başlanılıb

Fevral ayından etibarən "Aqrolizinq” ASC tərəfindən Qusarda rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

ASC-dən verilən məlumata görə, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Növbəti səyyar satışlar aprel ayının 2-də Qusar rayonunun İmamqulu kəndində, kənd inzibati ərazi nümayəndəliyinin binasında keçiriləcək. Bu kəndlərə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana bilərlər.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər.

Səyyar satış barədə ətraflı məlumat almaq üçün +994(050) 337-89-74 (Elşad Əlmuradov Qusar Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru) nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Xəbər lenti