Xəzər Xəbər

Bu şəxslərin maaşı artırıldı

İqtisadiyyat | 14:15 • 29 Mart 2019
Bu şəxslərin maaşı artırıldı
Milli Məclisin iclasında Konstitusiya Məhkəməsinin hakimlərinin sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılıb.

XəzərXəbər xəbər verir ki, "Konstitusiya Məhkəməsi haqqında” qanunun 71-ci (Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı) maddəsinin 2-ci bəndi yeni redaksiyada verilib:

"Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclis sədrinin aylıq vəzifə maaşına (2 475) bərabərdir.

Hazırki bənd isə belədir:

"Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2 335 manatdır”.

Qanunun 73-cü (Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları) maddəsinə də dəyişiklik olunub.

Əlavəyə əsasən, Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində əlavə ödənilir.

Layihə müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Xəbər lenti