Xəzər Xəbər

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycana dəstək verəcək

İqtisadiyyat | 14:28 • 26 Mart 2019
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycana dəstək verəcək

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bərpa olunan enerji istehsalçıları üçün rəqabətqabiliyyətli (hərrac) sxemin hazırlanmasında və həyata keçirilməsində Azərbaycan Energetika Nazirliyinə dəstək məqsədilə məsləhətçi cəlb etməyi planlaşdırır.

Trend bu barədə AYİB-ə istinadən məlumat verir.

Bu planların reallaşdırılmasına 2019-cu ilin mayında başlamaq nəzərdə tutulur.

Hərracların Avropa Yenidənqurma və İnkişaf Bankının texniki əməkdaşlıq fondları tərəfindən maliyyələşdirilməsi planlaşdırılır.

Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bakı Azərbaycanla 1992-ci ildən əməkdaşlıq edir. Bankın iri kreditlər ayırdığı layihələr sırasında Transanadolu boru kəmərinin tikintisinin maliyyələşdirilməsi (500 milyon dollar) və "Şahdəniz 2”-nin işlənməsi (1 milyard dollar) də var.

Xəbər lenti