Xəzər Xəbər

Bakının bu qəsəbələrində işıq sönəcək

İqtisadiyyat | 10:14 • 24 Mart 2019
Bakının bu qəsəbələrində işıq sönəcək

"Azərişıq” ASC Nardaran, Bilgəh və Buzovna ( Albalıq yaşayış sahəsi) qəsəbələrində elektrik verilişi xətlərində aparılan yenidənqurma işlərini yekunlaşdırır.

Xezerxeber.az xəbər verir ki, bununla əlaqədar bu gün saat 11:00-dan 14:00-a qədər adı çəkilən qəsəbələrin bəzi ərazilərində elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yarana bilər.

Yaranmış narahatçılığa görə "Azərişıq” ASC istehlaçılardan üzr istəyir.

Xəbər lenti