Xəzər Xəbər

Vahid Ələkbərov rusiyalı milyarderlərin “top-10″luğunda – Siyahı

İqtisadiyyat | 13:51 • 22 Mart 2019
Vahid Ələkbərov rusiyalı milyarderlərin “top-10″luğunda

"Forbes” 2018-ci ildə aktivlərin satışından və dividendlərdən ümumilikdə 11 milyard dollardan çox qazanan rusiyalı milyarderlərin reytinqini tərtib edib.

Siyahıya "Maqnit”in yaradıcısı Sergey Qalitski (2,44 milyard dollar) rəhbərlik edir.

İlk üçlükdə həmçinin "Oneksim” qrupunun sahibi Mixail Proxorov (1,77 milyard dollar) və Novolipetsk Metallurgiya Kombinatının (NLMK) rəhbəri Vladimir Lisin (1,59 milyard dollar) qərarlaşıb.

"LUKoil” şirkətinin başçısı Vahid Ələkbərov 740 milyon dollar ilə "Forbes”un siyahısında 7-ci yeri tutub.

Reytinqdə həmçinin "Severstal” şirkətinin rəhbəri Aleksey Mordaşov (1,46 milyard dollar), "USM Holdings”in təsisçisi Əlişir Usmanov (1,12 milyard dollar), "Norilsk nikeli”nin rəhbəri Vladimir Potanin (1,12 milyard dollar), "Renova”nın sahibi Viktor Vekselberq (710 milyon dollar), "Evraz”ın əsas səhmdarı Roman Abramoviç (600 milyon dollar) və iş adamı Süleyman Kərimov (490 milyon dollar) yer alıblar. (Report.az)

Xəbər lenti