Xəzər Xəbər

Dünya bu qərarı gözləyirdi: dolların məzənnəsi artacaq?

İqtisadiyyat | 10:51 • 21 Mart 2019
Dünya bu qərarı gözləyirdi:

ABŞ-ın ölkənin mərkəzi bank funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) baza faiz dərəcəsini hazırkı 2,25-2,5% səviyyəsində saxlayıb.

XəzərXəbər "Report”a istinadən xəbər verir ki, bu barədə maliyyə tənzimləyicisinin çərşənbə günü keçirilən iclasdan sonra yaydığı məlumatda bildirilir.

FED həmçinin 2019-cu ildə ABŞ-da inflyasiya səviyyəsi üzrə proqnozunu 1,8%-ə qədər, ölkə ÜDM-nin artım proqnozunu isə 2,1%-ə qədərazaldıb.

Qeyd edək ki, FED-in baza faiz dərəcəsi dolların məzənnəsinə təsir edir.

Xəbər lenti