Xəzər Xəbər

Çörək istehsal edənlər üçün ŞAD XƏBƏR

İqtisadiyyat | 14:13 • 19 Mart 2019
Çörək istehsal edənlər üçün

Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif edilir

Azərbaycanda buğdanın idxalı və satışı, həmçinin buğda unu və çörəyin istehsalı və satışının daha 1 il müddətinə əlavə dəyər vergisindən azad edilməsi təklif olunur.

XəzərXəbər-in məlumatına görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif edilir.

Vergidən azadetmə 2021-ci ilədək davam edəcək.

Qeyd edək ki, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması, eləcə də əhalinin əsas istehlak mallarına tələbatının ödənilməsi məqsədilə Vergi Məcəlləsinin 164.1.27-ci maddəsində buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən azad edilib.

Dəyişiklik Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Xəbər lenti