Xəzər Xəbər

Azərbaycanda çörəyin istehsalı və satışı daha 1 il ƏDV-dən azad oluna bilər

İqtisadiyyat | 16:48 • 18 Mart 2019
Azərbaycanda çörəyin istehsalı və satışı daha 1 il ƏDV-dən azad oluna bilər

Azərbaycanda buğdanın idxalı və satışı, həmçinin buğda unu və çörəyin istehsalı və satışının daha 1 il müddətinə əlavə dəyər vergisindən azad edilməsi təklif olunur. Bu barədə Trend-ə Milli Məclisdən bildirilib.

Bu məsələ bu gün parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan Vergi Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliklərlə vergidən azad etmənin 2019-cu il martın 1-dən uzadılması nəzərdə tutulub.

Xatırladaq ki, 2016-cı ildən Azərbaycanda buğda idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışı ƏDV-dən azad olunub. 2017-ci ildə vergidən azad etmə 3 il müddətinə uzadılıb.

Xəbər lenti