Xəzər Xəbər

Azərbaycanda külək enerjisi istehsalı 8 dəfə artıb

İqtisadiyyat | 14:13 • 18 Mart 2019
Azərbaycanda külək enerjisi istehsalı 8 dəfə artıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 368,8 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

XəzərXəbər-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 12,1% artaraq 49,4 mln. manat təşkil edib.

Ötən iki ay ərzində Azərbaycanda 4 178,7 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə 1,4% çoxdur.

Bunun 181,6 kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2018-ci ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə 1,8% azdır.

Bunun 3 829,2 kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2018-ci ilin iki ayının göstəriciləri ilə müqayisədə 1,4% çoxdur.

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 18,7 kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2018-ci ilin iki ayının göstəriciləri ilə müqayisədə 7,8 dəfə çoxdur.

Bu ilin yanvar-fevral ayları ərzində ölkədə 5,1 kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2018-ci ilin yanvar-fevral aylarının göstəricisi ilə müqayisədə 15,9% çoxdur.

Xəbər lenti