Xəzər Xəbər

İranlı nazir: Kriptovalyuta haqda ilkin qərar təsdiqləndi

İqtisadiyyat | 11:21 • 17 Mart 2019
İranlı nazir:

İran hökumətinin iqtisad komissiyası kriptovalyutadan istifadə haqda ilk qərarları təsdiq edib.

Bunu İranın iqtisadi işlər və maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Fərhad Dejpəsənd Trend-ə verdiyi açıqlamasında deyib.

F.Dejpəsəndin sözlərinə görə, İranda kriptovalyuta sahəsində uğurlu addımlar atılıb.

Nazir əlavə edib ki, bu valyutaların sistemləşdirilməsi, İran və dünya bazarında satışa çıxarılması ilə əlaqədar bir sıra qərarlar verilməlidir: "Artıq hazırlıq işləri görülüb və hökumətdə təsdiqləndikdən sonra icra olunacaq".

Xəbər lenti