Xəzər Xəbər

İki ayda 80,5 min ton ət istehsal olunub

İqtisadiyyat | 18:52 • 16 Mart 2019
İki ayda 80,5 min ton ət istehsal olunub

2019-cu ilin yanvar-fevral aylarında diri çəkidə 80,5 min ton ət, 304,9 min ton süd, 283 milyon ədəd yumurta, 27,3 min ton tərəvəz istehsal olunub.


Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3 faiz, süd istehsalı 1,7 faiz, yumurta istehsalı 0,4 faiz, tərəvəz istehsalı isə 1,7 dəfə artıb.


Həmçinin keçən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulunda 3,6 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalında 2,5 faiz, bitkiçilik məhsullarının istehsalında isə 43,7 faiz artım qeydə alınıb.

Xəbər lenti