Xəzər Xəbər

Qızıl və digər zərgərlik məhsullarının satışını həyata keçirən sahibkarlar gəlir vergisinin ödəyicisidirlər

İqtisadiyyat | 18:15 • 16 Mart 2019
Qızıl və digər zərgərlik məhsullarının satışını həyata keçirən sahibkarlar gəlir vergisinin ödəyicisidirlər

Fərdi sahibkar qızıl və digər zərgərlik məhsullarının satışı ilə məşğuldursa, sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?


Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, qızıl, ondan hazırlanan zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur.


Qızıl və digər zərgərlik məhsullarının satışını həyata keçirən fərdi sahibkar gəlir vergisinin ödəyicisi kimi uçota alınır.

Xəbər lenti