Xəzər Xəbər

Bu ərazilərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

İqtisadiyyat | 15:51 • 16 Mart 2019
Bu ərazilərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Təmir-tikinti işləri ilə əlaqədar olaraq mart ayının 16-dan 17-nə keçən gecədən etibarən martın 18-i axşam saatlarınadək Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindəki Ordubadi küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.


Bu barədə xezerxeber.az-a Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.


Həmin ərazilərdə nəqliyyat sıxlığının yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Xəbər lenti